ABŞ və Cənubi Koreya prezidentləri görüşəcəklər

Koreya Respublikası (Cənubi Koreya) Prezidenti Mun Çe İn sentyabrın 24-də Nyu-Yorkda ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətindədir. 

Bu barədə Seulda jurnalistlərə Cənubi Koreya Prezidenti Administrasiyasının nümayəndəsi deyib. Onun sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək danışıqlar bu günlərdə Cənubi və Şimali Koreya liderlərinin zirvə görüşünün nəticələrinə həsr olunacaq.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31