Ermənistan hökumətində yeni istefalar gözlənilir

Ermənistan hökumətində yaxın günlərdə bəzi dəyişikliklər gözlənilir. 

Xüsusi İstintaq Xidməti rəisi Vaqram Şaqinyanın, respublika Baş prokuroru Artur Davtyanın, habelə elm və təhsil naziri Arahik Harutunyanın istefaya göndəriləcəyi gündəmdədir. Buna səbəb adı çəkilən şəxslərin ictimaiyyət arasında yeni hökumətə qarşı böyük inamsızlığa gətirib çıxaran ciddi səhvlərə yol vermələridir.

"Hraparak" qəzeti isə yazır ki, hazırda keçmiş hakimiyyətlə bağlı olanlar dövlət idarəetmə qurumlarından kütləvi şəkildə uzaqlaşdırılırlar.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31