5 milyondur, sayı durmadan artır... - Professorun 36 il əvvəlki kəşfi

Bu gün beynəlxalq "smaylik" günüdür.

Dünyada ilk "smaylik"i 1982-ci ilin 19 sentyabrında Karnegi-Melon Universitetinin professoru Skot Falman yaradıb.

Professor tarixdə ilk dəfə iki nöqtə, tire və mötərizə kimi hərfi işarələrdən istifadə edərək öz hislərini yazdığı şəxsə bildirib.

Daha sonra bu işarələr insanlar arasında sürətlə yayılıb.

Artıq 36 ildir ki, "smayliklər" insanlar arasında elektron yazışmanın ayrılmaz hissəsinə çevrilib.

Ekspertlər "smaylik"lərdən istifadə etməklə insanlar arasında ünsiyyətin daha səmimi və maraqlı olduğu faktını təsdiqləyirlər.

Hazırda dünyada 5 milyondan çox "smaylik" və hərfi işarə var. Onların sayı durmadan artır.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31