Prezidentin adına saxta hesab açanlar cəzalandırılacaq

Ötən il Fransada prezident seçkiləri dönəmində Emmanuel Makronun adına saxta elektron poçt hesabı açan 2 nəfər 12 dekabr tarixində hakim qarşısına çıxarılacaq.

Bu barədə Paris Cəza Məhkəməsinin qərarında deyilib.

Sözügedən şəxslərdən birinin mühafizəkar sağ görüşlü olduğu deyilib.

Qeyd edək ki, həmin 2 şəxs ötən il seçki ərəfəsində Makronun adına açdıqları saxta e-mail ünvanları ilə "Mənə səs verməmək üçün 10 səbəb" mesajını yüzlərlə insana göndərmişdi.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31