Çarukyan Sərkisyanla görüşdü: Paşinyana ağır zərbə

Erməni iş adamı Qagik Çarukyan bir müddət öncə eks-prezident Serj Sərkisyanla görüşüb.

Bu barədə məlumatı "Qraparak" qəzeti yayıb. Görüşün Çaxkadzor şəhərində baş tutduğu vurğulanıb. Hələlik görüşdə nəyin müzakirə edildiyi açıqlanmayıb.

Daha bir maraqlı iddianı "Joxovurd" qəzeti irəli sürüb. Qəzet Paşinyanın Çarukyan Bloku və digər partiyalarla münasibətlərinin pozulmasının onun üçün mənfi nəticələrə gətirib çıxaracağını yazıb:

"Münasibətlərin pozulması Paşinyana növbədənkənar seçki keçirməyə imkan vermir. İrəvan Şəhər Şurasına keçiriləcək seçki ərəfəsində Paşinyanın digər partiyalarla münasibətlərinin pozulması, onun hökumət formalaşdırmasına yardım edən partiyaların ondan uzaqlaşmasına gətirib çıxarır. Nəticədə razılaşma əsasında yaradılan hökumət dağılmaq ərəfəsindədir. Digər tərəfdən isə Paşinyan müttəfiqlərini də itirməklə qarşı-qarşıyadır".

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31