"İsrail əsgərləri rus zabitlərini qurban verdi" - Rus senator
19 Sentyabr 2018 13:00 DünyaRusiya son insidentdən sonra havadan müdafiə sistemlərinin modernləşdirilməsi, əlavə elementlərin tətbiqi ilə bağlı qərarlar qəbul edə bilər.
Bu sözləri rusiyalı senator Frants Klintseviç İl-20 təyyarəsinin vurulması olayı ilə bağlı açıqlamasında deyib.
"İsrail hərbçiləri olduqca utancverici tərzdə davrandılar. Onlar gənc rus zabitlərinin həyatlarının arxasında gizləndilər", - deyə senator bildirib.
Qeyd edək ki, Rusiyanın İl-20 hərbi təyyarəsini Suriyanın hökumət qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemləri vurub. Rusiya bunda Suriyanı vuran İsrail qırıcılarının Rusiya təyyarəsinin yaxınlığında "gizlənməsini" səbəb kimi göstərib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31