"Bu, Ərdoğan üçün prinsip məsələsidir" - Rus ekspert
19 Sentyabr 2018 12:57 Dünyaİdlib mövzusu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan üçün prinsip məsələsidir.
Bu sözləri rusiyalı siyasi ekspert Maksim Yunin deyib.
"Moskva üçün Ukrayna, Abxaziya, Cənubi Osetiya, Dnestryanı nədirsə, İdlib də Ərdoğan üçün odur. Bu regionun gələcəyi sadəcə xarici siyasət deyil, eyni zamanda, daxili siyasətdir. Orada fəaliyyət göstərənlər arasında Türkiyənin dəstək verdiyi xeyli qrup var", - deyə ekspert bildirib.
Qeyd edək ki, Türkiyə və Rusiya liderləri İdlibdə müxalifət və hökumət qüvvələrinin demilitarizasiya zonasından geri çəkilməsi haqqında razılaşma əldə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31