"Bu məlumatlara yumorla yanaşıram" - Pentaqon şefi

ABŞ Müdafiə naziri Ceyms Mettis istefaya göndəriləcəyinə dair məlumatların həqiqət olmadığını bildirib.

Mettis bu məlumatların şayiə olduğunu və 2017-ci ilin yanvarından (nazir olduğu dövrdən - red.) yayıldığını söyləyib.

"Tezliklə bu şayiələr unudulacaq və onu uyduran insanlar yenilərini düşünəcəklər. Mən bu cür məlumatlara yumorla yanaşıram", - o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ mətbuatı Mettisin istefaya göndəriləcəyinə dair xəbər yaymışdı.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31