İvanişvili oğlunu evləndirdi
19 Sentyabr 2018 12:51 DünyaGürcüstanın məşhur milyarderi Bidzina İvanişvilinin oğlu Berya evlənib.
Bu haqda məlumatı Berya öz Feysbuk səhifəsində yayıb. 23 yaşlı Beryanın həyat yoldaşı moda sahəsinin məşhur blogeri Nanuka Qudavadzedir.
Qeyd edək ki, Berya Gürcüstanda məşhur reper kimi tanınır. O, son günlər Gürcüstanda marixuananın leqallaşdırılmasının tərəfdarı kimi çıxış edib. Berya bunun üçün hətta "Legalize" adlı videoklip də hazırlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31