Sərhədsiz Reportyorlar Paşinyanı qınadı
19 Sentyabr 2018 12:48 DünyaSərhədsiz Reportyorlar Təşkilatı Ermənistanın "Yerevan.Tudey" saytının ofisində keçirilən yoxlamaları tənqid edib.
Bu barədə məlumat təşkilatın saytında yerləşdirilib. Təşkilat portalın ofisində yoxlamaların aparılmasını və portalın texnikasının mənimsənilməsinin jurnalistikada informasiya mənbələrinin müdafiəsi prinsiplərinin ciddi pozulması olduğunu bəyan edib.
Qeyd edək ki, bundan öncə Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri və Milli Təhlükəsizlik Xidmətinin rəhbəri arasında olan telefon danışığının yayılmasıyla bağlı açılan cinayət işiylə əlaqədar portalda axtarış aparılıb. Hökumət rəsmən portalı telefon danışığını yaymaqda ittiham edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31