ABŞ-dan Rusiyanın bu layihəsinə yaşıl işıq – Tramp açıqladı
19 Sentyabr 2018 12:45 DünyaABŞ "Şimal axını 2" qaz kəmərinin tikintisində iştirak edən şirkətlərə sanksiya tətbiq etməyi planlaşdırmır.
Bunu Polşada jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.
"Biz bunu etməyi planlaşdırmırıq. Biz sadəcə düşünürük ki, alman xalqı milyardlarla dolları Rusiyadan olan enerji resurslarına ödəyir. Mən sizi əmin edə bilərəm ki, bu, alman xalqının xoşuna gəlmir", - deyə o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31