İtaliyada bir ayağı olmayan qız ölkə gözəli seçilib
19 Sentyabr 2018 12:42 DünyaRomada bir ayağından məhrum olmuş gəzmə məhdudiyyətli 18 yaşlı Kayara Bordi "İtaliya gözəli" müsabiqəsinin qalibi olub.
Bu barədə "Ridus" məlumat yayıb.
Məlumatda bildirilir ki, Kayara hələ 13 yaşında ikən velosiped sürərkən qəzaya düşüb. Nəticədə o, ayağının birini itirib. Lakin buna baxmayaraq Kayara İtaliyanın gözəllik müsabiqəsində iştirak edib. O, hətta yarışmanın final mərhələsinə çıxa bilib. Müsabiqənin bütün iştirakçıları onun əlilliyini müsbət qarşılayıblar.
"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31