Avstraliyada oteldə qaz sızması olub, onlarla insan zəhərlənib

Sidneydə oteldə qaz sızmasından onlarla insan zəhərlənib.

Hadisə "Pullman" otelində, Hayd park yaxınlığında baş verib.

Belə ki, zərərçəkənlər tənəffüs yollarının qıcıqlanmasından və göz yaşarmasından şikayət ediblər. Həkimlər oteldəki 36 nəfərə tibbi yardım göstəriblər. Onlardan 6-ı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, zəhərlənməyə səbəb otelin 22-ci mərtəbəsində qaz sızması olub.  

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31