Zapdakı əməliyyat Qaraya keçdi - 8 terrorçu məhv edildi
19 Sentyabr 2018 11:25 DünyaTürkiyə Silahlı Qüvvələri (SQ) İraqın şimalında əməliyyatları davam etdirir.Əməliyyat barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib.
Baş Qərargahın yaydığı son məlumata görə, PKK terror təşkilatı ilə mübarizə çərçivəsində İraqın şimalında bu gün daha 8 terrorçu məhv edilib. Terrorçuların Qara rayonunda məhv edildiyi qeyd edilir. Məlumata görə, terrorçular Türkiyənin sərhədlərini pozaraq həmin ərazidən daxil olmağa cəhd ediblər.
Qeyd edək ki, ötən gün Zap rayonunda 8 terrorçu zərərsizləşdirilmişdi.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31