Yaponiyada naməlum şəxs polis məntəqəsinə hücum edib, ölənlər var
19 Sentyabr 2018 11:15 DünyaYaponiyanın Senday şəhərində naməlum şəxs polis məntəqəsində hücum edib.
Naməlum şəxs polis məntəqəsinə daxil olub və məntəqədə olan polislərdən birinə bir neçə dəfə bıçaqla zərbə endirib.
Məlumata əsasən, daha sonra insidentin baş verdiyi otağa girən digər polis əməkdaşı hücum edən şəxsə bir neçə dəfə atəş açaraq, cinayətkarı öldürüb.
Ağır yaralanan polis əməkdaşı xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31