Çeçen toyunda kütləvi dava

Sosial şəbəkədə "sərt çeçen toyu"nun video-görüntüləri yayımlanıb. Videoda toy kortejinin keçidi zamanı düşən mübahisə əksini tapıb.

İnsident dava ilə nəticələnib və bu zaman silah səsləri eşidilib. 

Qroznıdan olan istifadəçi Adani Umayev "Facebook" hesabında məsələ ilə bağlı yazıb ki, onun vətənində keçirilən toy mərasimlərində daim belə mübahisələr olub. 

Dava iştirakçıları daha sonra respublika kanalının efirində xalqdan üzr istəyib. Bəzi sakinlər Çeçenistanda bu cür üzrlərin yayılmasına qarşı çıxıblar.

www.oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31