Rus təyyarəsinin vurulmasına İsraildən reaksiya

İsrail İl-20 təyyarəsinin qəzasına görə məsuliyyəti üzərinə götürməkdən imtina edib.

İsrail Müdafiə Nazirliyi baş verənlərə görə əsas günahkarın Dəməşq, İran və Hizbullah olduğunu bildirib. Nazirlik Rusiyaya baş verən insidentin araşdırılması üçün bütün lazımlı informasiyaları təqdim etməyə hazır olduğunu bildirib.

Təl-Əviv həmçinin Rusiya əsgərlərinin həlak olmasına görə Moskvaya başsağlığı da verib.

Qeyd edək ki, Rusiya havadan müdafiə sistemlərinin açdığı atəşlə Rusiyanın içində 14 hərbçi və pilot olan İl-20 təyyarəsi vurulub. Rusiya olaya görə İsraili ittiham edib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31