Türkiyənin erkən seçim qərarı hansı zərurətdən meydana gəldi?

Türkiyə daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Söhbət yaxın aylarda bu ölkədə keçiriləcək növbədənkənar parlament və prezident seçkilərindən gedir.  İndi qardaş ölkədə əsas müzakirə mövzusu erkən seçimlərin hansı zərurətdən meydana gəlməsi ilə bağlıdır. Onu da qeyd edək ki, Türkiyədə nəzərdə tutulan növədənkənar parlament seçkiləri Azərbaycanda da diqqətlə izlənilir və müxtəlif yanaşmalar ortaya qoyulur.

Məhəmməd Əsədullazadə: "Rəcəb Tayyib Ərdoğanın yenidən hakimiyyətdə qalmasının qarşısını almaq üçün Qərb dairələri mütləq şəkildə daxildə və xaricdə yeni təhdidlərə əl atacaqdılar"

Türkiyə daha bir mühüm siyasi hadisə ərəfəsindədir. Söhbət yaxın aylarda bu ölkədə keçiriləcək növbədənkənar parlament və prezident seçkilərindən gedir.  İndi qardaş ölkədə əsas müzakirə mövzusu erkən seçimlərin hansı zərurətdən meydana gəlməsi ilə bağlıdır. Onu da qeyd edək ki, Türkiyədə nəzərdə tutulan növədənkənar parlament seçkiləri Azərbaycanda da diqqətlə izlənilir və müxtəlif yanaşmalar ortaya qoyulur.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Türkiyədə növbədənkənar parlament seçkilərinin keçirilməsi əsasən daxili və xarici faktorlardan irəli gəlir. Həmçinin bu seçkilərlə R. T. Ərdoğan prezident üsul idarəsinə tez keçməklə öz siyasi hakimiyyətini qorumağı hesablayır.  Çünki, 2019-cu ilə kimi Türkiyəyə qarşı müəyyən ssenarilərin hazırlanması masada idi. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın yenidən hakimiyyətdə qalmasının qarşısını almaq üçün Qərb dairələri mütləq şəkildə daxildə və xaricdə yeni təhdidlərə əl atacaqdılar: "Orduda son həbslərin həyata keçirilməsidə bununla bağlıdır. Prezident hazırda silahlı qüvvələrdə ona qarşı yeni planın olmasından narahardır. Və, zamanla bu həbsləri həyata keçirdir. Növbədən kənar seçkilərinin keçirilməsi heç də MHP sədri Dövlət Baxçalının təklifi deyil. Bu plan AKP hakimiyyətindən irəli sürülüb və bunu Baxçalı vasitəsi ilə dilə gətirdi. Dövlət Baxçalı seçkilərdən sonra hakimiyyətdə baş nazir postunu tuta da bilər. Çünki, hazırda MHP Türkiyədə siyasi müxalifət olaraq AKP hakimiyyətinin güclənməsində əsas rol oynayan partiyadır".

Politoloq deyib ki, iyunun 24-də keçiriləcək parlament seçkilərindən sonra Ərdoğanın siyasi hakimiyyəti güclənəcək: "Qeyd edim ki, Avropa Birliyinin narazılığına səbəb olan fövqəladə rejiminin aradan qaldırılması götürüləcək. Fövqəladə rejimin gələn il prezident seçkilərinə kimi davam etməsi gözlənilirdi. Bununla Ərdoğan seçkilərə kimi daxili siyasi vəziyyəti nəzarətdə saxlamaqla mümkün təhlükələri önləyirdi. Artıq, iyun ayında seçkilərdən sonra siyasi hakimiyyəti güclənəcək Ərdoağana fövqəladə vəziyyət rejimi lazım olmayacaq".

Məhəmməd Əsədullazadə deyib ki,növbədən kənar seçkilərdə CHP sədri Kamal Kılıçdaroğlu namizəd olarasa, Ərdoağana məğlub olacaq: "Bununla CHP daxilində Kılıçdaroğluna narazılıqlar artacaq və onun partiya liderliyindən istefa verməsi irəli sürüləcək.  İYİ partiya lider Meral Akşenerin də seçkilərdə uğur qazanması gözlənilmir. Seçkidən sonra Ərdoğanın Birləşmiş Ştatlar və Avropa Birliyi ilə siyasi əlaqələrini normalaşdırması gözlənilir. ABŞ və Avropa Birliyi çalışacaq ki, Türkiyə ilə artıq regional problemlərin həllində hesablaşsın. Daxildə siyasi sabitlik və birlik xarici qüvvələrin hakimiyyətlə razılaşmasına gətircək".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Türkiyədə ötən dəfəki prezident seçkisində nə MHP lideri Dövlət Baxçalı, nə də CHP lideri Kamal Kılıçdaroğlu namizədliyini irəli sürdü: " Bunun sadə səbəbi var idi. Onlar bilirdilər ki, AKP lideri və hazırki dövlət başçısı Rəcəb Təyyub Ərdoğana məğlub olacaqlar. Məğlubiyyətdən sonra isə partiya liderliyindən istefa verməli idilər. İstefa verməmək üçün ikisi birlikdə prezidentliyə İslam Əməkdaşlıq Təşkilatının keçmiş rəhbəri Ekmələddin İhsanoğlunun namizədliyini irəli sürdülər. Ekmələddin İhsanoğlu Ərdoğana məğlub oldu və siyasi meydandan çəkildi. Bu məğlubiyyət Kamal Kılıçdaroğlunu partiya liderliyindən istefadan xilas etdi. Çünki özü məğlub olmamışdı. İndi isə durum fərqlidir. Kamal Kılıçdaroğlu bu dəfə də namizədliyini isrəli sürməsə, bu həm onun, həm də partiyasının nüfuzunu daha da aşağı salacaq. Əgər CHP lideri bu dəfə də özünün yerinə bir başqasının namizədliyini irəli sürməyə çalışsa onun Ərdoğandan çəkindiyi açıq-aşkar üzə çıxacaq. CHP funksionerləri də Kamal Kılıçdaroğlunun Ərdoğanla yarışmasının vacibliyini bildirirlər. Bunun iki səbəbi var. Birinci səbəbi odur ki, CHP-lilər Kamal Kılıçdaroğlunun bəhanə axtarmasını istəmir və liderlərinin Ərdoğanla başbaşa yarışmasını istəyirlər. İkinci səbəb partiya daxilindəki müxalifətin Kamal Kılıçdaroğlunun liderliyinə son qoymasını istəmələridir.   Çünki özünə hörmət edən lider məğlubiyyətdən sonra istər-istəməz istefa verməlidir. Bundan sonra isə partiya liderliyi uğrunda yeni yarış başlayacaq". Politoloq deyib ki, elə Azərbaycanda da bəzi müxalifət liderləri məğlub olmamaq üçün adətən prezidentliyə başqa namizəd axtarırlar: "Ancaq məğlub olan partiya liderinin də istefa verdiyini az gördük. İstefa vermək istəməyinin bəhanəsi də bəllidir: "Mən qələbə çalmışam, seçki kütləvi şəkildə saxtalaşdırılıb". 25 ildir bunu eşidirik, hələ 7 il də eşidəcəyik".

Müstəqil ekspert Abas Məhərrəmli isə bildirib ki, Ərdogan hakimiyyətinin son qələbəsi xalqin yarisini əhatə edirdi: "Defakto xalq siyasi qərarda ikiyə bölünüb. Üstəluk son seckidən vaxtda kecib, Beynəlxalq güclərin Ərdogan hakimiyyətinə təzyiqləri, daxili siyasətdə CHP nin fəalligi, yeni siyasi qüvvə kimi Meral Akşənərin İyi partiyasinin səhnəyə atilmasi CHP və onun sədri Kamal Klicdaroglu ilə müttəfiq münasibətlərin oldugu dönəmdə növbədənkənar prezident və parlament seckilərinin ertələnməsi Türkiyə hakimiyyətinin qabaglayici siyasi maneviri kimi qəbul oluna bilər. Vacib məqam odur ki, Ərdogan Baxcalinin timsalinda milliyətcilərin səsinə sahib cixmaq istəyir. Düşünürəm ki, növbədənkənar secki təklifini məhz Dövlət Baxcalinin irəli sürməsi, ardinca hakimiyyətin bu təklifi müzakirə və müsbət qəbul etməsi bir ssenari idi. Nəticə, Ərdogan hakimiyyəti Milliyyətci partiyasi ilə koalisiyaya gedəcək və Dövlət Baxcali baş nazir olacaq. Unutmaq olmaz ki, CHP və İyi parti ittifaqi zəif və ya gücsüzdü..Yəni əksinədə ola bilər. Hər halda arzulayaq ki, necə olmagindan asli olmayaraq Türkiyə dövləti bütöv olsun, güclü olsun, bu agir prosesdən üzü ağ çıxsın. Türkiyə bizim qardaş xalqımızdı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31