93 yaşlı kişidən dəhşətli addım - İçəri girən yaxınları ŞOKA DÜŞDÜLƏR - FOTO

Türkiyənin Manisa şəhərinin Kırkağaç qəsəbəsində Hüseyin Demirbaş (93) istintaqa məlum olmayan səbəblərdən özünü asaraq intihar edib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hadisə dünən gündüz saatlarında Hıdırağa Məhəlləsindəki bir evdə qeydə alınıb. Hüseyin Demirbaş tək yaşadığı evinin tavanından özünü elektrik naqili ilə asaraq intihar edib.

Yaşlı kişidən uzun müddət xəbər ala bilməyən yaxınları Demirbaşın evinə gəldikdə həyatlarının şokunu yaşayıblar. Demirbaşın tavandan asılı cəsədi ilə qarşılaşan yaxınları dərhal polis və təcili yardım əməkdaşlarına xəbər veriblər. Hadisə ilə əlaqədar istintaq prosesi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31