Məşhur müğənni həbs edilə bilər

Məşhur türkiyəli müğənni Ferhat Tunç həbs oluna bilər. Olaylar.az bildirir ki, müğənni 2015 -2016 –cı illər sosial media hesablarından – instagram və tvitterdəki payllaşımları ilə PKK terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Məşhur türkiyəli müğənni Ferhat Tunç həbs oluna bilər. Olaylar.az bildirir ki, müğənni 2015 -2016 -cı illər sosial media hesablarından - instagram və tvitterdəki payllaşımları ilə PKK terror təşkilatına dəstək verməkdə ittiham olunur.

Hakim Ferhat Tunçlunun həmin illərdəki paylaşımlarında dövlət çevirilişinə cəhd olunduğunu bildirib. Hakim müğənniyə 1 il 10 aydan 9 il 4 aya qədər həbs istəyib.

İttihamlara cavab verən Ferhat Tunç bildirib ki, illər öncəki paylaşımları ilə təqsirləndirilməsinə ona qarşı qərəzli mövqe olduğunu, paylaşımlarında öz fikrini və düşüncələrini ifadə etdiyini bildirib.

Məhkəmə təqsirləndirilən şəxsə və onun hüquqlarını müdafiə edən vəkilə özlərini müdafiə etmələri üçün müəyyən zamana qədər təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31