Microsoft firması verdiyi sözə əməl etdi

Qanada kompyuterlərlə təchiz olunmayan bir məktəbdə müəllimlik edən Owuda Kwadwo, şagirdlərinə sivilizasiyadan geri qalmamaları üçün məşhur və əhəmiyyətli “Word” proqramını lövhədə bütün xırda detalları ilə çəkərək öyrətməyə çalışırdı. Qısa bir vaxtda sosial şəbəkələrdə də böyük marağa səbəb olan müəllim rəğbətlə qarşılanmışdı.

Qanada kompyuterlərlə təchiz olunmayan bir məktəbdə müəllimlik edən Owuda Kwadwo, şagirdlərinə sivilizasiyadan geri qalmamaları üçün məşhur və əhəmiyyətli "Word" proqramını lövhədə bütün xırda detalları ilə çəkərək öyrətməyə çalışırdı. Qısa bir vaxtda sosial şəbəkələrdə də böyük marağa səbəb olan müəllim rəğbətlə qarşılanmışdı.

Paylaşımların ardından Microsoft firmasının da diqqətini çəkən Owuda Kwadwo bu addımına görə həm məktəb, həm də şagirdləri üçün əhəmiyyətli rol oynayıb. Beləki öz twitter hesabından həmin məktəbi və şagirdləri ən son kompyuterlərlə təmin edəcəyinə söz verən Microsoft firması sözünə əməl edərək kompyuterləri Qanaya yollayaraq onlara ərməğan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31