2 türk əsgəri Afrində şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin 2 əsgəri Suriyanın Afrin şəhərində şəhid olub. Türkiyə KİV-i xəbər verir ki, "Zeytun Budağı" əməliyyatı uğurla yekunlaşıb, lakin şəhərdə təhlükəsizliyin tam təmini üçün axtarış tədbirləri təşkil edilir. Terror təşkilatı PKK-PYD üzvləri tikililərə çox sayda partlayıcı yerləşdirib. Son olaraq, əl qumbarasının partlaması nəticəsində 2 türk əsgəri həlak olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31