Rusiya XİN hədələdi: “Diplomatları çıxaran hər bir ölkəyə...”
27 Mart 2018 06:42 DünyaRəsmi Moskva rusiyalı diplomatları çıxaran hər bir ölkəyə və ABŞ-ın Sietl şəhərindəki baş konsulluğun bağlanmasına görə tədbirlər görəcək.
Publika.az xəbər verir ki, bunu "Rusiya 1" telekanalına müsahibəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bəyan edib.
"Şübhəsiz ki, bu gün gördüklərimizə reaksiya verəcəyik. Hər ölkəyə dair müvafiq tədbirlər görüləcək", deyə M.Zaxarova qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31