Kemerovoda yanğın qurbanlarının sayı 64 nəfərə çatıb

Bazar günü Kemerovo şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində ölənlərin sayı 64-ə çatıb. TASS informasiya agentliyinin yaydığı xəbərdə deyilr ki, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.

Kemerovo vilayətinin Sağlamlığı Mühafizə Departamentindən verilən məlumata görə, hadisə nəticəsində daha 52 nəfər zərər çəkib və onlardan 13-ü xəstəxanadadır. İlkin məlumata görə, yanğın 2013-cü ildə istifadəyə verilən dördmərtəbəli "Qış albalısı" ticarət mərkəzindəki kino zallarının birində başlayıb.

Yanğının başvermə səbəbləri araşdırılır, hadisə ilə bağlı dörd nəfər saxlanılıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31