Rus diplomatlar bu ölkələrdən qovulur - 16 ölkə

ABŞ “Skripal işi” ilə əlaqədar 60 rus diplomatını ölkədən çıxaracaq. Bununla əlaqədar ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib. Qərar Fransa, Almaniya və İngiltərə ilə koordinasiyalı şəkildə qəbul edilib. ABŞ-dan çıxarılacaq 60 diplomatdan 48-i Rusiyanın Vaşinqton səfirliyinin, qalanları isə Nyu Yorkdakı BMT missiyasının nümayəndələridir. Bundan başqa, Rusiyanın Sitldəki konsulluğu bağlanacaq.

ABŞ "Skripal işi" ilə əlaqədar 60 rus diplomatını ölkədən çıxaracaq. Bununla əlaqədar ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib.

Qərar Fransa, Almaniya və İngiltərə ilə koordinasiyalı şəkildə qəbul edilib.

ABŞ-dan çıxarılacaq 60 diplomatdan 48-i Rusiyanın Vaşinqton səfirliyinin, qalanları isə Nyu Yorkdakı BMT missiyasının nümayəndələridir. Bundan başqa, Rusiyanın Sitldəki konsulluğu bağlanacaq.

ABŞ-la yanaşı, 14 Avropa ölkəsinin də oxşar qərar qəbul etdiyi bildirilib.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya əsəb-iflic qazı vasitəsilə hücum olub. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar.

Hadisə ilə əlaqədar Rusiyanın Britaniyadakı 23 diplomatını ölkədən çıxarmaq barədə qərar qəbul edilib.

Almaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada "Skripal işi" ilə əlaqədar 4 rus diplomatın ölkədən çıxarılacağını açıqlayıb.

Litva 3, Latviya 1, Çexiya 3, İtaliya 2, Fransa isə 4 rusiyalı diplomatı ölkədən çıxaracaq.

İngiltərə Rusiya ilə əlaqədar yeni qərar qəbul edib. Qərara əsasən, İngiltərədəki rus diplomatlara məxsus bütün əmlaklara həbs qoyulub.

Analoji qərar Kanadadan da gəlib. Kanada 4 rus diplomatın ölkədən çıxmasını istəyib. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31