İsveçrə məhkəməsindən qalmaqallı qərar: Cenevrədə erməni soyqırımının abidəsi ucaldılacaq
26 Mart 2018 18:50 DünyaUzun illərdir erməni və türk diasporu arasında davam edən mübahisəyə İsveçrənin Cenevrə Kanton Məhkəməsi son qoyub.
Erməni diasporunun qondarma "soyqırım abidəsi" ucaltmaq təzyiqi öz müsbət nəticəsini verib.
Diasporun dəfələrlə abidənin qoyulacağı yeri Cenevrə bələdiyyəsinə təqdim etməsinə rəğmən, bələdiyyə bu tələbi rədd etmişdi. Ancaq son olaraq təqdim edilən "Trembley Park" variantı Cenevrə Məhkəməsi tərəfindən qəbul edilib. Məhkəmə bütün etiraz və şikayətləri gözardı edərək bu qərarı verdiyini açıqlayıb.
Abidənin açılış mərasiminin 24 aprel 2018-ci il tarixində keçirilməsi planlaşdırılıb. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31