Katalonyada xəsarət alanların sayı 100-ə çatdı
26 Mart 2018 10:55 Dünyaİspaniyanın Kataloniya muxtariyyətində polis və etirazçılar arasında toqquşmalarda xəsarət alanların sayı 100-ə çatıb. Bu barədə tibbi xidmətlərdən bildirilib.
Onlar arasında "Mossos dchr("39")Esquadra" hüquq-mühafizə orqanlarının əməkdaşları da var, azı 3 nəfər saxlanılıb.
Xatırladaq ki, dünən Kataloniya hökumətinin sabiq rəhbəri Karles Puçdemonun Almaniyada saxlanılmasından sonra İspaniya hökumətinin Kataloniyadakı nümayəndəliyinin, Almaniyanın Barselonadakı konsulluğunun, eləcə də Tarraqona, Lerida və Jironada İspaniya hökumətənin binaları qarşısında çoxsaylı etiraz aksiyaları keçirilib.
Etiraz aksiyalarının keçirilməsinə təşəbbüs "Kataloniya Milli Assambleyası" və "Omnium Cultural" ictimai təşkilatları tərəfindən irəli sürülüb.
Dünən həbsi üçün Avropa orderi əsasında Almaniyada saxlanılan K.Puçdemon bu gün Şlezviq-Qolşteyn torpağında məhkəmədə ifadə verəcək. Hazırda o, Noymünster şəhərindəki həbsxanadadır.
Report.az