ABŞ Suriyada rus polkovnikini öldürdü – Şok

Suriyada Əsəd rejiminin PKK-PYD mövqelərinə hücumu zamanı ölənlər arasında biri polkovnik olmaqla, 3 rus hərbçisi də olub. Bu barədə “Yeni Şəfəq” yazıb. “Bölgə Suriyada ən zəngin neft yataqlarına sahibdir. Döyüşlərin əsas hədəfi Cafra, İsba və Tabiyada yerləşən zəngin neft-qaz yataqlarına sahib olmaqdır.

Suriyada Əsəd rejiminin PKK-PYD mövqelərinə hücumu zamanı ölənlər arasında biri polkovnik olmaqla, 3 rus hərbçisi də olub. Bu barədə "Yeni Şəfəq" yazıb. "Bölgə Suriyada ən zəngin neft yataqlarına sahibdir. Döyüşlərin əsas hədəfi Cafra, İsba və Tabiyada yerləşən zəngin neft-qaz yataqlarına sahib olmaqdır. Cümə gecəsi vurulan rejim mövqelərində 40-dan artıq İranla bağlantılı döyüşçü öldürülüb. Hadisənin yaşandığı ərazidə İŞİD ünsürləri olmayıb. Vurulan ərazilərdə bəzi rus əsgərləri də yaralanıb. Rus helikopterləri ölən və yaralı əsgərlərini Hmeymim hərbi bazasına daşıyıb", - Deyr əz-Zordan olan aktivist Mahmud Əbu Firas deyib.

Qeyd edək ki, Suriyada Əsəd rejimi qüvvələri Deyr əz-Zor istiqamətində hücuma keçsə də, terrorçuların kəskin müqaviməti ilə rastlaşmışdı. ABŞ aviasiyası havadan PKK-PYD terrorçularına dəstək verərək, rejim qüvvələrinə zərbə endirmişdi. Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31