Polşa qırıcıları Rusiya təyyarəsini ələ keçiriblər!

Polşa qırıcıları Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçiriblər. Bu sözləri Polşa Hərbi Hava Qüvvələrinin sözçüsü Marek Kvyatek deyib. O bildirib ki, hadisə mayın 15-də baş verib: “F-16 pilotları naməlum təyyarənin uçuşu ilə bağlı həyəcan siqnalı aldılar.

Polşa qırıcıları Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçiriblər. Bu sözləri Polşa Hərbi Hava Qüvvələrinin sözçüsü Marek Kvyatek deyib. O bildirib ki, hadisə mayın 15-də baş verib: "F-16 pilotları naməlum təyyarənin uçuşu ilə bağlı həyəcan siqnalı aldılar. Əlaqə yaradılmasına baxmayaraq, naməlum pilot heç bir cavab vermədi. F-16-lar havaya qalxdı və naməlum təyyarənin Rusiyaya məxsus İl-20M olduğu müəyyənləşdi. Həmin təyyarə Kalininqrada uçurdu". Qeyd edək ki, məsələ ilə bağlı Rusiya tərəfi açıqlama verməyib. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31