İran ordusu 15 general itirdi
18 May 2017 09:59 Dünyaİran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan 2 nəfər hərbçi Suriyada gedən döyüşlərdə həlak olub. Belə ki, sözügedən hərbçilər SEPAH-ın Zeynebiyyun taqımında xidmət edirdilər. İranın "İRNA" dövlət agentliyi sözügedən hərbçilərin adlarını da açıqlayıb. Onlar Seyyid Sacid və Seyyid Naki Şah adlı hərbçilərdir. Öldürülən hərbçilərin cənazələri İranın Qum şəhərinə göndərilib.
İran mediasının məlumatına görə, son 6 ildə Suriyada gedən döyüşlərdə İran ordusu 15 general olmaqla 1000 nəfər hərbçi itirib: "İranlı hərbçilər Suriyada Bəşər Əsəd ordusunun tərəfində döyüşürlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31