Dünyanın ən bahalı sırğaları hərracda rekord qiymətə satıldı
Dünyanın ən bahalı brilyant sırğaları Cenevrədə, “Sothebys” hərracında rekord qiymətə satılıb. Zinət əşyası 57 milyon dollara satılıb. Bildirilib ki, damcı formasında olan sırğalardan biri çəhrayı, ikincisi isə mavi brilyantdan yerinə yetirilib. Sırğa iki ayrı-ayrı lot kimi hərraca çıxarılıb. Yeri gəlmişkən, bu brilyantlar əvvəllər bir üzüyün hissələri olub.
17 May 2017 19:40 DünyaDünyanın ən bahalı brilyant sırğaları Cenevrədə, "Sothebys" hərracında rekord qiymətə satılıb. Zinət əşyası 57 milyon dollara satılıb. Bildirilib ki, damcı formasında olan sırğalardan biri çəhrayı, ikincisi isə mavi brilyantdan yerinə yetirilib. Sırğa iki ayrı-ayrı lot kimi hərraca çıxarılıb. Yeri gəlmişkən, bu brilyantlar əvvəllər bir üzüyün hissələri olub.
Hər iki lotu adı gizli saxlanılan anonnim asiyalı alıb. "Blue Apollo" - mavi brilyant sırğa 42 milyon dollara satılıb. Qiymətli daşın çəkisi 14,5 karatdır. Bu, hərracda təqdim olunan ən böyük brilyant kateqoriyasına aid edilir. Çəkisi 16 karat olan "Pink Artmis" çəhrayı brilyant sırğa isə təxminən 15,4 milyon dollara satılıb. Publika.az xarici mətbuata istinadən xəbər verir.