Tramp Psakini qovacaq

ABŞ-ın yeni prezidenti Donald Tramp Ağ evin kommunikasiyalar üzrə direktoru Cennifer Psakini tutduğu vəzifəsindən azad etmək niyyətindədir.

Milli.Az NBC-yə istinadən bildirir ki, həmin posta ABC telekanalının prodüseri Kris Vlasto təyin ediləcək.

"Good Morning, America" proqramının prodüseri olan K.Vlasto hələ noyabr ayında D.Trampla görüşmüşdü və elə həmin görüşdə də təyinatla bağlı ilkin anlaşma əldə olunmuşdu.

Ağ evin kommunikasiyalar üzrə direktoru çox önəmli vəzifədir. Bu postda çalışan şəxs prezident administrasiyasının informasiya-təbliğat siyasətinə rəhbərlik edir.

Cennifer Psaki bu postda 2015-ci ilin aprelindən çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31