ABŞ-dan kürdlərə bayraq QADAĞASI

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk Suriyada yaşanan bayraq qalmaqalına münasibət bildirib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Peter Kuk Suriyada yaşanan bayraq qalmaqalına münasibət bildirib.

Axar.az bildirir ki, Pentaqon rəsmisi kürdlərin ABŞ bayrağını dövlət binalarının qarşısında asmasından xəbərsiz olduğunu deyib:
 
"O xəbəri görməmişəm. Ancaq əvvəllər kürdlərə ABŞ bayrağını dalğalandırmamağı tapşırmışdıq. Belə bir hadisə varsa, mütləq araşdırılacaq".
 
Xatırladaq ki, Suriyanın Tel Abyad rayonunda PYD silahlıları 3 nöqtədə ABŞ bayrağını ucaltmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31