Bayden: Dövlət çevrilişinə cəhd Türkiyədə demokratiyanın əleyhinə yönəlmişdi

Dövlət çevrilişinə cəhd Türkiyədə demokratiyanın əleyhinə yönəlmişdi.

Dövlət çevrilişinə cəhd Türkiyədə demokratiyanın əleyhinə yönəlmişdi.

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Binali Yıldırımla birgə mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Co Bayden deyib.

Onun sözlərinə görə, ABŞ əvvəlki kimi Tükiyəni regionda əsas müttəfiqi görür.

C.Bayden qeyd edib: "ABŞ Türkiyəyə istənilən dəstəyi göstərməyə hazırdır".

Vitse-prezident əlavə edib ki, ABŞ demokratiyaya dəstək verən Türkiyə xalqına heyrandır: "ABŞ Türkiyədə hərbi çevrilişə hazırlıq getdiyini bilmirdi. ABŞ Fəthullah Güləni müdafiə etməyə hazırlaşmır, lakin ölkədə qanun var və hamı ona hörmət edir". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31