Türkiyəli həkim Madonnanın sirrin açdı – Siz də onun kimi ola bilərsiniz
Ötən gün doğum gününü qeyd edən meqa-star Madonna İnstagram səhifəsində paylaşdığı fotolarla yenidən gündəmə gəlib. Hər kəs məşhur müğənninin gənc və cazibədar görünməsinə bir daha heyrətlənib. Sözsüz ki, onun yaşından qat-qat cavan görünməsinin sirri hər kəs üçün maraqlıdır. Aile.lent.az xəbər verir ki, türkiyəli estetik plastik və rekonstruktiv cərrah Bülent Cihantimur Madonnanın gənc qalmağının sirrini açıb: “Madonna dünya ulduzudur, gənclik və orta yaşlılıq dövrünü gözümüzün qarşısında keçirib və keçirir. Lakin həqiqi mənada Madonna bu prosesi böyük bir incəliklə və təbiiliklə yaşayır. Qadın gözəlliyini qorumaq üçün tədbirlərə nə qədər tez başlasa o qədər yaxşıdır. Buna əlavə, itkiləri, çatışmazlıqları bərpa edərək qüvvətləndirmək vacibdir. Belə etsəniz siz də Madonna kimi 58 yaşınızda 28 yaşındakı kimi görünərsiniz və yaşlanmağı rədd edərsiniz”.
24 Avqust 2016 18:40 DünyaÖtən gün doğum gününü qeyd edən meqa-star Madonna İnstagram səhifəsində paylaşdığı fotolarla yenidən gündəmə gəlib. Hər kəs məşhur müğənninin gənc və cazibədar görünməsinə bir daha heyrətlənib. Sözsüz ki, onun yaşından qat-qat cavan görünməsinin sirri hər kəs üçün maraqlıdır. Aile.lent.az xəbər verir ki, türkiyəli estetik plastik və rekonstruktiv cərrah Bülent Cihantimur Madonnanın gənc qalmağının sirrini açıb: "Madonna dünya ulduzudur, gənclik və orta yaşlılıq dövrünü gözümüzün qarşısında keçirib və keçirir. Lakin həqiqi mənada Madonna bu prosesi böyük bir incəliklə və təbiiliklə yaşayır. Qadın gözəlliyini qorumaq üçün tədbirlərə nə qədər tez başlasa o qədər yaxşıdır. Buna əlavə, itkiləri, çatışmazlıqları bərpa edərək qüvvətləndirmək vacibdir. Belə etsəniz siz də Madonna kimi 58 yaşınızda 28 yaşındakı kimi görünərsiniz və yaşlanmağı rədd edərsiniz".
Madonnanın gənclik iksiri
Madonnanın gənclik iksiri tam mənasıyla əməliyyatsız tətbiqlərdən keçir. Həkim əminliklə bildirir ki, ona məsləhət verən estetik cərrah məsləhətçisi var: "Mən bu məsləhətçiyə gözəllik qoruyucusu deyirəm. Madonnanı o qədər yaxşı istiqamətləndirilib ki, bu gün yaşından çox cavan bir üz və bədənlə qarşı-qarşıyayıq. Madonnanın dolqu, botoks, PRP, mezoterapiya, ozon müalicəsi kimi əməliyyatsız cavanlaşma prosedurlarına müraciət etməsi açıq-aydın bəllidir. Bu əməliyyatlar ictimai həyata təsir etməyən, təsiri tez müşahidə olunan və ən əhəmiyyətlisi qoruyucu müalicələrdir. Qırışların yaranmamasını təmin edir, azalan yağ və sümük toxumasını möhkəmləndirir. Əlbəttə Madonna pəhriz və idmana da əhəmiyyətli dərəcədə yer verən bir star olduğu üçün, bu gün yaşlanmağı rədd edənlər sırasındadır".
Mütəxəssis bütün qadınların Madonna kimi ola bilmələrini mümkün hesab edir. Bunu isə ancaq r estetik cərrahdan, yəni gözəllik qoruyucusundan kömək alaraq bacarmaq olar. Professionallığı və estetik dünyagörüşünə etibar etdiyiniz biri ilə daim məsləhətləşərək siz də Madonna gənc və cazibədar görünə bilərsiniz: "Müasir dövrün texnologiyası, əməliyyatsız üsullar və estetik cərrahın köməyi ilə yaşınızda çox cavan ola bilərsiniz. Hər kəs özünə qulluq etməlidir. eynilə evdəki əşyaların tozunu aldığınız kimi. Türk qadınları evlərinə baxdıqları qədər özlərinə baxsalar, diqqət etsələr, bu işi bacararlar". Həkim sonra əlavə edib ki, özünə qulluq mövzusunda gənc nəslin nümayəndələri daha aktivdir.