İƏT Gənclər Forumunun "Türkiyəyə dəstək “ Bəyannaməsi yayıldı
Türkiyə mətbuatının xəbərlərinə əsasən, FETÖ-nun iflasa uğrayan hərbi çevriliş cəhdinə qarşı bu ölkəyə dəstək məqsədilə İƏT Gənclər Forumu (İKGF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin "Gənclər Sülh, Həmrəylik və Ortaq Dəyərlər uğrunda Fəaliyyətdə" şüarı altında Antaliyanın Duacı məntəqəsində təşkil etdiyi 1-ci İƏT Gənclik Düşərgəsi Antalyada dünən öz işini başa çatdırıb.
24 Avqust 2016 15:59 DünyaTürkiyə mətbuatının xəbərlərinə əsasən, FETÖ-nun iflasa uğrayan hərbi çevriliş cəhdinə qarşı bu ölkəyə dəstək məqsədilə İƏT Gənclər Forumu (İKGF) və Türkiyənin Gənclər və İdman Nazirliyinin "Gənclər Sülh, Həmrəylik və Ortaq Dəyərlər uğrunda Fəaliyyətdə" şüarı altında Antaliyanın Duacı məntəqəsində təşkil etdiyi 1-ci İƏT Gənclik Düşərgəsi Antalyada dünən öz işini başa çatdırıb. "OLAYLAR"-ın xəbərinə görə, düşərgənin bağlanış mərasimində İKGF-nin Sədri Elşad İskəndərov, Antalya valisi Münir Karaloğlu, Antalya şəhərinin Bələdiyyə Sədri Menderes Türel və Türkiyə Gənclər və İdman Nazirliyinin Baş Direktoru Emre Kaçar çıxış ediblər. İKGF Sədri Elşad İskəndərov çıxışında gənclərin qəbul etdiyi və FETÖ-nün 15 iyul tarixində qanlı çevriliş cəhdini qınayaraq, İslam ölkələri gənclərinin Türk xalqı və Türk gəncləri ilə həmrəy olduğunu ifadə edən bəyannaməni qəbul edən gənclərə təşəkkürünü bildirib. İlk gündən İKGF-nin Türk xalqı və hökümətinin yanında olaraq, bəyanatla çıxış edən ilk beynəlxalq təşkilat olduğunu xatırladan E. İskəndərov bu bəyanatın da dünyada geniş əks-səda yaratdığını qeyd edib. Belə ki, Forumun sosial şəbəkələr vasitəsilə Türkiyəyə dəstək çağırışı #YouthWithTurkey həştəqiylə ümumilikdə 7 milyon gəncə çatdırılıb, 100 mindən artıq "like" alıb. Bundan başqa, Düsərgədə qəbul edilmiş bəyanatla bağlı 14 ölkədə müxtəlif dillərdə xəbərlər çıxıb.