Türkiyə Suriyaya girdi

Türkiyə Silahlı Qüvvələri avqustun 24-ü gecə saatlarında Suriyaya daxil olub. “OLAYLAR”-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gecə saat 4-də başlayan hərbi əməliyyatlar İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi daşıyıb. Əsasən Suriyanın Keklicə və Kerablus bölgəsini əhatə edən hərbi əməliyyatlara havadan da dəstək verilib. Əməliyyatlar zamanı Kerablus bölgəsindəki İŞİD mövqelərinə 224 top zərbəsi endirilib. Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bombardımançı təyyarələr İŞİD mövqelərinə raket zərbələri endiriblər. Türkiyə Silahlı Qüvvələrinin xüsusi briqadası ilə yanaşı “Bordo bərəlilər” kimi tanınan canlı qüvvə də Suriyanın şimalına doğru hərəkət edib. Həmin qrupun başında isə, general, Özəl Quvvətlər komandanı Zekai Ağsaqallı durur.

Türkiyə Silahlı Qüvvələri avqustun 24-ü gecə saatlarında Suriyaya daxil olub. "OLAYLAR"-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, gecə saat 4-də başlayan hərbi əməliyyatlar İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi daşıyıb. Əsasən Suriyanın Keklicə və Kerablus bölgəsini əhatə edən hərbi əməliyyatlara havadan da dəstək verilib. Əməliyyatlar zamanı Kerablus bölgəsindəki İŞİD mövqelərinə 224 top zərbəsi endirilib. Həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus bombardımançı təyyarələr İŞİD mövqelərinə raket zərbələri endiriblər. Türkiyə Silahlı Qüvvələrinin xüsusi briqadası ilə yanaşı "Bordo bərəlilər" kimi tanınan canlı qüvvə də Suriyanın şimalına doğru hərəkət edib. Həmin qrupun başında isə, general, Özəl Quvvətlər komandanı Zekai Ağsaqallı durur.

Türkiyənin Suriyada başladığı hərbi əməliyyatlara Birləşmiş Ştatların o qədər də isti yanaşmadığı bildirilir. Okeanın o tayından gələn xəbərlərdə bölgədə gərginliyin artırılmaması tövsiyyə edilib. Həmçinin bu ərəfədə Türkiyədə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden də Türkiyənin Suriyada başladığı hərbi əməliyyatlara eyham vuraraq bölgədə sabitliyin yaradılmasının vacibliyini qeyd edib.

Məlumat üçün qeyd edək ki, avqustun 24-də ABŞ vitse-prezidenti Co Bayden Türkiyəyə səfərə gəlib. Fətullah Gülən səbəbindən münasibətləri sərinləşən Ankara-Vaşinqton münasibətlərinin kritikliyi Baydenin səfəri zamanı da özünü büruzə verib. Belə ki, ABŞ-ın vitse-prezidentini hava limanında Ankara valisinin köməkçisi qarşılayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31