Tuba ərini təriflədi
"Önəmli olan insanın özünü tanımasıdır".
24 Avqust 2016 15:26 Dünya"Önəmli olan insanın özünü tanımasıdır".
Primetime.az xəbər verir ki, Tuba Büyüküstün Xorvatiyanın türk serialları və artistlərinə geniş yer ayıran kanalı Nova TV-yə müsahibə verib. Məşhur aktrisa "In Magazine"də nəşr olunan müsahibəsində həyat yoldaşı Onur Saylaka tərif yağdırıb.
"Onur hər şeydən öncə yaxşı bir insandır. Həqiqətən, gözəl adamdır. Və çox da romantikdir", - sözlərini deyib. Büyüküstün, 4 yaşlı əkizləri Maya və Topraka hansı dəyərləri öyrətməyə çalışdığı sualına isə belə cavab verib: "Mənim üçün önəmli olan insanın özünü tanımasıdır. Çünki hər zaman özümüzdən uzaq durur, başqalarını özümüzdən daha yaxşı tanıyırıq. Əvvəl özümüzü görməliyik, öz yolumuzu kəşf etməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31