Türkiyədə səfərdə olan Co Bayden Fətullah Gülənin ekstradisiyasından danışıb

Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.

Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.

APA-nın Türkiyənin "Vatan" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C. Bayden gördüklərinin ona ABŞ-dakı 11 sentyabr olayını xatırlatdığını söyləyib.

C. Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə isə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub: "Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək".

C. Bayden daha sonra Türkiyə baş naziri Binəli Yıldırımla görüşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31