Nur Yerlitaş daha ekranlarda olmayacaq

Modelyer Nur Yerlitaş modelyer Nur Yerlitaş Türkiyə gündəminə dair yeni açıqlama verib.

Modelyer Nur Yerlitaş modelyer Nur Yerlitaş Türkiyə gündəminə dair yeni açıqlama verib.
 
Türkiyə mətbuatının məlumatına görə, Bəyaz TV telekanalında yayımlanan "Söyləməzsəm olmaz" proqramına birbaşa bağlanan Nur Yerlitaş həm ölkə gündəmi, həm də özü haqqında maraqlı fikirlər səsləndirib. 

Məşhur sima bir neçə gün əvvəl Qaziantepdə baş verən terror aktını qınayıb. O, "Anam kürd, atam Qaradənizlidir... Gün birlik günü" deyərək hər kəsə birlik çağırışı edib.

"İşte benim stilim" dəb proqramı ilə ekranların sevimlisi olan N.Yerlitaş fanatlarını üzəcək bir qərar da verib. O, televiziyadakı fəaliyyətini davam etdirməyəcəyini bildirib. Modelyer "bundan sonra atelyemdə zaman keçirəcəyəm" deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31