Kıvanç və Tubanın serialı ilə bağlı gözlənilməz qərar
Kıvanç Tatlıtuğ və Tuba Büyüküstünün serialı ilə bağlı gözlənilməz qərar verilib.
24 Avqust 2016 19:48 DünyaKıvanç Tatlıtuğ və Tuba Büyüküstünün serialı ilə bağlı gözlənilməz qərar verilib.
"Ay Yapım" şirkəti "Siyah Beyaz" serialı haqda açıqlama yayıb:
"Ssenarisini Sema Ergenekon və Eylem Canpolatın yazdığı, oktyabrda ekrana gəlməsi planlaşdırılan "Siyah Beyaz" adlı layihənin hazırlıqları ssenari müəlliflərinin istəyinə görə hələ də davam edir. Bu layihə mövsümün ortasında çəkilişlərə hazır vəziyyətə gələ bilər. Buna görə də Kıvanç Tatlıtuğ və Tuba Büyüküstün "Ay Yapım"ın digər layihəsi "Cesur ve güzel"də yer alacaqlar. Serial oktyabrda Star TV-də yayımlanacaq".
Qeyd edək ki, "Siyah ve Beyaz"da məşhur ulduzlar Fərhad və Şirin adlı iki sevgilini canlandırmalı idilər. Yeni serialda isə ssenarinin necə olacağı hələ bəlli deyil. Beləliklə, Tuba və Kıvançı oktyabrdan etibarən Star TV ekranlarında görmək imkanı olacaq.