Ərdoğandan gözlənilən Suriya BƏYANATI

"Türkiyəni parçalaya, diz çökdürə bilməyəcəklər".

"Türkiyəni parçalaya, diz çökdürə bilməyəcəklər".

"TRT Haber" telekanalının verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü çıxışında deyib. 

Prezident vurğulayıb ki, Türkiyə ölkə qarşısındakı bütün təhdidləri aradan qaldıracaq: "Türkiyəni parçalaya bilməyəcəksiniz, bu ölkəni diz çökdürə bilməyəcəksiniz, bu xalqa boyunduruq vura bilməyəcəksiniz".

R.T.Ərdoğan Suriyada terrorçuluğa son qoymağın vaxtı çatdığını deyib:

"Suriya xalqı ölkənin gələcəyi barədə özü qərar verməli və rəhbərliyini seçməlidir. Türkiyə əvvəlki kimi Suriyanın ərazi bütövlüyünü dəstəkləyir".
Dövlət başçısı əlavə edib: "Bu gün bizi terror təşkilatları və qiyamçılarla mübarizədə tək qoyanlar eyni problemlərlə qarşılaşanda yardım istəmək üçün üzləri olmayacaq. 12, 13, 14 yaşında uşaqları terrorçu kimi yetişdirirlər. Bunlar lənətlidirlər. Qaziantepdəki son terror hücumu artıq səbr kasamızı daşdırdı".

***

"Suriyada terrorçuluğa son qoymağın vaxtı çatıb".

Trend bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, Türkiyə ölkə qarşısındakı bütün təhdidləri aradan qaldıracaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31