Dənizdə 2,3 milyon dollarlıq nəşə tutuldu - VİDEO

İtaliyanın cənubundakı Bari şəhərinin sahillərində narkotacirlərin yeni marşrutu aşkarlanıb.

İtaliyanın cənubundakı Bari şəhərinin sahillərində narkotacirlərin yeni marşrutu aşkarlanıb.
RAİ  bildirir ki, sahil mühafizə polisi 200 kq marixuana yüklənmiş hidrosiklləri idarə edən narkokuryerləri saxlayıblar.
20 dəqiqəlik təqibdən sonra saxlanmış hidrosikllərdəki marixuananın "qara bazar"dakı dəyəri 2,3 milyon dollardır.
Polisdən verilən məlumata görə, hidrosikllər alban narkomafiyasına məxsusdur və narkotik maddə də Albaniyadan daşınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31