Tarixdə ilk porno film - Yalnız 2 dəqiqəsini izləməyə icazə vardı
24 Avqust 2016 06:34 Dünyaİlk porno film kinematoqrafiyanın yaradılmasından bir neçə ay sonra Fransada efirlərə verilib.
"Le Coucher de la Marie" (təqribən "Marinin gecələmə yeri" kimi tərcümə etmək olar) 1896-cı ildə efirlərə verilərkən belə bir sual yarandı: bu film tarixində "böyüklər üçün" hesab edilərmi?
Məşhur fotoqraf və kinematoqrafçı Ejen Piru və rejissor Albert Kirxnerin birgə yaratdığı filmin 7 dəqiqəsindən yalnız 2 dəqiqəsi yayımlanıb. Film Lyumer qardaşlarının ilk ictimai kinoseansını yaratdıqdan bir neçə ay sonra çəkilib.
Qeyd edək ki, o zaman film çəkilişləri ağır bir proses olduğundan tamaşaçılar çətin ki, tarixin ilk porno aktiraslarından həzz ala bilsinlər. Lakin "Marinin gecələmə yeri" 1903-cü ildə ABŞ-da bir sıra çatışmamazlıqlara baxmayaraq uğurunu qoruyub saxlaya bilib.