Türkiyədə dövlət qulluğuna qəbulda saxtakarlıqla bağlı 7500 nəfərin ölkədən çıxışına qadağa qoyulub
Türkiyədə 2010-cu ildə dövlət qulluğuna qəbul imtahanında saxtakarlığa yol verilməsi ilə bağlı 7 min 500 nəfərin ölkədən çıxışına qadağa qoyulub.
23 Avqust 2016 17:30 DünyaTürkiyədə 2010-cu ildə dövlət qulluğuna qəbul imtahanında saxtakarlığa yol verilməsi ilə bağlı 7 min 500 nəfərin ölkədən çıxışına qadağa qoyulub.
APA-nın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı fövqəladə vəziyyət rejimi çərçivəsində qanun hökmündə qərarnamə qəbul edilib.
Ölkədən çıxışına qadağa qoyulanlar sırasında hakim, prokuror, vəkil, bəzi qurumların baş direktoru, baş direktor müavinləri və idarə rəisləri var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31