Dəmirdaş həbs edilir: 6 il 8 ay

İstanbulun Bakırköy prokurorluğu HDP həmsədri Səlahəddin Dəmirdaşla bağlı açılan cinayət işini yekunlaşdıraraq məhkəməyə təqdim edib.

İstanbulun Bakırköy prokurorluğu HDP həmsədri Səlahəddin Dəmirdaşla bağlı açılan cinayət işini yekunlaşdıraraq məhkəməyə təqdim edib.

Axar.az  bildirir ki, prokuror iddianamədə Dəmirdaşın 24 dekabr 2015-ci ildə Rusiyadan qayıdarkən hava limanında verdiyi açıqlamada həm prezident Rəcəb Tayyib Ərdoğanı, həm də keçmiş baş nazir Əhməd Davudoğlunu təhqir etdiyini təsdiqləyib.
 
Bu səbəbdən məhkəmədən Dəmirdaşa prezidenti təhqir etdiyi üçün 4 il 8 ay, Davudoğlunun ünvanına işlətdiyi ifadələr üçün isə 2 il həbs cəzası istənilib.
 
Xatırladaq ki, Dəmirdaş Rusiya səfərindən qayıdarkən Atatürk Hava Limanında prezident Rəcəb Tayyib Ərdoğanı ölkəyə xəyanət etməkdə günahlandırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31