52 yaşlı qadın sərnişinlərə hücum etdi

Brüsselin Ukkel kommunasında 52 yaşlı filippinli qadın avtobus sərnişinlərinə hücüm edib.

Brüsselin Ukkel kommunasında 52 yaşlı filippinli qadın avtobus sərnişinlərinə hücüm edib.

Trend bu barədə Belçikanın "La Derniere Heure" qəzetinə istinadən xəbər verir.

Qadın avtobusa daxil olaraq bıçaqla iki sərnişini ağır yaralayıb. Sonra o, avtobusdan düşərək bir nəfərə də yüngül bıçaq zərbəsi endirib.

Qəzet yazir ki, hücumun səbəbləri hüquq-mühafizə orqanlarına hələlik bəlli deyil. Polis güman edir ki, qadın psixi pozğunluqdan əziyyət çəkir. O, hazırda 2 güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31