Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.
"TRT Haber" telekanalının verdiyi məlumata görə, şuranın iclası ölkənin Baş naziri Binali Yıldırımın rəhbərliyi altında keçiriləcək.
İclasda Suriyada terrorçuluğa, eləcə də PKK-ya qarşı mübarizənin müzakirə ediləcəyi planlaşdırılıb.