36 İŞİD-çi edam olundu

"İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının 2014-cü ildə İraqın Tikrit şəhərini ələ keçirdikləri zamanı edam etdikləri 1700 iraqlı kursantın məzarı tapılıb.

"İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının 2014-cü ildə İraqın Tikrit şəhərini ələ keçirdikləri zamanı edam etdikləri 1700 iraqlı kursantın məzarı tapılıb.
Kursantlar Tikritdəki "Camp Speicher" və ya Tikrit Hava Bazasında xidmət edirdlilər.
AsiaOne bildirir ki, həmin kursantları güllələyən, başlarını kəsən terrorçulardan 36 nəfəri artıq tutulub  və edam olunub.
Onları öldürülmüş kursantların ailə üzvləri və qohumlarının qarşısında asıblar.
Kütləvi edam dünən Tikritdəki "Nəsiriyyə" həbsxanasında gerçəkləşdirilib.
Ötən ay Bağdadda 300 nəfərin ölümü ilə nəticələnmiş məşum teraktdan sonra İraqın baş naziri Heylər əl Əbadi: "Terrorçuluq əməllərinə görə ölüm cəzasına məhkum edilmiş məlunların edamlarını tezləşdirmək gərəkdir", - söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31