Yaralı əsgərləri "müalicə edən" tibb bacısı həbs olundu

Vanda yaralanan 4 əsgərin müalicə olunduğu xəstəxanada çalışan tibb bacısı "terror təşkilatının təbliğatını etmək" cinayətinə görə həbs olunub.

Vanda yaralanan 4 əsgərin müalicə olunduğu xəstəxanada çalışan tibb bacısı "terror təşkilatının təbliğatını etmək" cinayətinə görə həbs olunub.
   
Xəbər verdiyimiz kimi, tibb bacısı Neriman Keskinin yaralı əsgərlərin olduğu otağa tez-tez girməsi və dayanmadan gülməsi diqqət çəkmişdi.

Milli.Az Türkiyə KİV-inə istinadən bildirir ki, təhlükəsizlik qüvvələri tərəfindən aparılan araşdırmadan sonra tibb bacısının sosial şəbəkələrdə PKK-nın təbliği ilə məşğul olduğu təsdiqini tapıb. 

Polisə ifadəsindən sonra N.K məhkəmə qarşısına çıxarılıb. Məhkəmənin qərarı ilə "terror təşkilatının təbliğatını etmək" cinayətinə görə həbs olundu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31